10.06.2024

8-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış fənləri üzrə monitorinq keçirilib

İyunun 9-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 8-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış fənləri üzrə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Monitorinqdə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 8596 şagird iştirak edib.

Monitorinqin keçirilməsində məqsəd şagirdlərin mövcud bilik səviyyələrini müəyyənləşdirmək, imtahan proseslərinə adaptasiyanın təkmilləşdirilməsi, həmçinin müəssisələrin buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq və şagirdlərin təlim nəticələrini təhlil etməkdir.


Açar sözlər: ,