10.06.2024

Şagirdlərimiz Lütfi Zadə adına Məntiq Olimpiadasında bürünc medal qazanıblar

Şagirdlərimiz Lütfi Zadə adına Məntiq Olimpiadasında bürünc medal qazanıblar.

Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına tam orta məktəbin 5-ci sinif şagirdi Abdurahmanlı Tunar Ramil oğlu və Tovuz rayon Cəlilli kənd E.Tağıyev adına tam orta məktəbin 5-ci sinif şagirdi Əlizadə Nurxan Elnur oğlu Lütfi Zadə adına Məntiq Olimpiadasında bürünc medala layiq görülüblər.

Olimpiadanın keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


Açar sözlər: