07.06.2024

Summativ qiymətləndirmələr həyata keçirilir

Ümumtəhsil məktəblərində II yarımil üzrə böyük summativ qiymətləndirmələr həyata keçirilir.

Ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə (BSQ) həyata keçirilir.

Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.


Açar sözlər: ,  ,