Təhsil İnstitutunun təşkilatçılığı ilə “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə Tovuz şəhərində görüşlər keçirilib.
Tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak edib.
Tədbirin əsas məqsədi təhsilverənləri təkmilləşdirilmiş fənn kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirilmələrdə nəzərə alınmış əsas məqamlar ilə bağlı qarşılıqlı müzakirələr aparmaq olub.