06.06.2024

 “Kəndə STEAM gəlir" layihəsinin bağlanış mərasimi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi “Kəndə STEAM gəlir" layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Ağstafa rayon ümumi təhsil müəssisələrindən direktorlar, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihənin əsas məqsədi riyaziyyat, informatika, texnologiya, fizika, kimya, biologiya, coğrafiya müəllimlərinin və VI-VII sinif şagirdlərinin STEAM bilik və bacarıqlarına yiyələnərək bu istiqamətdə praktik fəaliyyətlərə cəlb edilməsi olub.

Qeyd edək ki, Vüsalə Salahovanın rəhbərlik etdiyi layihə Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbdə icra olunub.


Açar sözlər: