İyunun 5-də Ağstafa rayon Poylu kənd 2 saylı körpələr evi-uşaq bağçasında "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.
Tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.