Təhsil müəssisələrində yoxlama və monitorinqlər davam etdirilir.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılıb.
Monitorinqlər zamanı təlim-tərbiyə prosesinin təşkili vəziyyəti yoxlanılıb, təhsil pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi-texniki baza və maliyyə-təsərrüfat sənədlərinə baxış keçirilib.
Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.