Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən ümumi təhsil müəssisələri üzrə ali təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərlə görüşlər təşkil edilib. Görüşlərdə şagirdlərə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və ixtisasları barədə məlumat verilib. Qarabağ Universitetini seçəcək tələbələr üçün ediləcək güzəştlər və ixtisas seçimləri barədə danışılıb.
Sonra Qarabağ Universitetində təhsilalanlar və akademik heyət üçün fərqli, müasir mühitin formalaşdırılacağı, universitet kampusunda bütün xidmətlərin veriləcəyi diqqətə çatdırılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.
Məlumat üçün bildiririk ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.