01.06.2024

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər təşkil edilib.

Tədbirlərdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.


Açar sözlər: ,