1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəmkir rayon ümumtəhsil məktəblərində təhsil alan bir qrup qabaqcıl şagird Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında olublar. Burada şagirdlər idarənin gündəlik iş prosesi və əməkdaşları ilə tanış olublar.
Görüş çay masası ətrafında səmimi söhbətlə davam edib.