Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə həndbol idman növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş yarışda 2009-2010-cu il təvəllüdlü oğlanlar iştirak ediblər.
Yarışda Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin komandası I yer qazanaraq Qazax rayonunda keçiriləcək region birinciliyinə vəsiqə qazanıb.