Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə rayon təhsil sektorlarının sosial şəbəkələrin idarə edilməsi üzrə məsul əməkdaşlarının iştirakı ilə "Effektiv kommunikasiya" mövzusunda təlim keçirilib.
Təlim zamanı İnzibati təşkilat sektorunun əməkdaşı Nəcibə Vəliyeva Qasımova müvafiq təqdimatlarla çıxış edib. N.Vəliyeva sosial şəbəkələrdə düzgün paylaşım qaydaları, düzgün foto və videoların yerləşdirilməsi, yazı üslubu barədə məlumat verib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.