21.05.2024

Direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Mayın 21-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Test imtahanında 123 namizəd iştirak edib.

Test imtahanında namizədlərə qanunvericilik, pedaqogika və metodika, məntiq və İKT bilikləri üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.


Açar sözlər: ,