18.05.2024

IV siniflər üzrə ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçirilib

Mayın 18-də IV siniflər üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə monitorinqlərdə 9 000 dən çox şagird iştirak edib. Təhsil idarəsinin müdiri Arslan Hacıyev monitoriq prosesinin gedişatını izləyib.

Monitorinqlər ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə təşkil olunub.

Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir.


Açar sözlər: ,