Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil sektorlarında “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib.
Region üzrə rayon (şəhər) mərhələsində 321 şagird iştirak edib. Rayon (şəhər) mərhələsində qalib olan şagirdlər zona mərhələsində iştirak hüququ qazanıblar.
Festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyət və incəsənətin təbliği, uşaqları vətənpərvərlik, adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anmaq, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gəncləri maarifləndirməkdir.