Şəmkir məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” adlı XI Ümumrespublika yarışlarının zona birinciliyində qalib olublar.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” adlı XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub. Şəmkir rayon Şiştəpə kənd Q.Allahverdiyev adına tam orta məktəbin komandası II yerə layiq görülüb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.