"Ən yaxşı təqdimat" müsabiqəsində Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fatimə Allahverdiyeva II dərəcəli diplomla təlif olunub.
Qeyd edək ki, "Ən yaxşı təqdimat" müsabiqəsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.