Aprelin 27-də keçirilmiş “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri elan olunub.
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 192 şagird olimpiadanın ikinci mərhələsində iştirak hüququ əldə edib. İkinci mərhələ isə 25 may 2024-cü il tarixində keçiriləcək.
Qeyd edək ki, ilkin mərhələdə uğur qazanan iştirakçı sayına görə Qazax-Tovuz Regional Təhsil İdarəsi ölkə üzrə birinci yerdədir.
Məlumat üçün bildirik ki, Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilən olimpiadanın rayon (şəhər) mərhələsində Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 863 şagird iştirak edib.