08.05.2024

Şahmat yarışı keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəblərində ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat üzrə yarışlar keçirilib.

Yarışlarda region üzrə müxtəlif yaş qruplarından olan 669 şahmatçı iştirak edib.

Yüksək nəticə göstərən şahmatçılar diplom və medallarla təltif olunublar.


Açar sözlər: