07.05.2024

Şagirdlər ətraf mühiti plastik tullantılardan təmizləyiblər

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Ağstafa rayon texniki-humanitar təmayüllü liseyin bir qrup müəllim və şagirdləri ətraf mühitə antropogen təsirlərin azaldılması, plastik tullantıların təbiətə və insan sağlamlığına mənfi təsirlərinin aradan qaldırılması məqsədilə rayon ərazisində yerləşən su hövzəsini tullantılardan, xüsusilə plastik tullantılardan təmizləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.