Mayın 5-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə iki mərkəzdə təşkil edilən imtahanlarda 443 nəfər şagird iştirak edib.
Şagirdlər 14 may 2024-cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.