Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta məktəbin müəllimi Xəlilova Söylü Nüşirəvan qızı və Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbin müəllimi Məmməd Sahib Camal "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.