02.05.2024

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına 34 şagirdimiz vəsiqə qazanıb

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 34 şagird Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanıb.

Belə ki, müsabiqənin final mərhələsinə Ağstafa və Şəmkir rayonları üzrə 9, Tovuz rayonu üzrə 8, Qazax rayonu üzrə 7, Gədəbəy rayonu üzrə isə 1 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.


Açar sözlər: ,