30.04.2024

Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir təşkil edilib

Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, Tovuz, Qazax, Ağstafa və Şəmkir rayonları üzrə təhsil sektorlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Tədbirdən əvvəl Tovuz məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Qazax, Ağstafa, Tovuz və Şəmkir məktəblilərindən ibarət rəqs qrupları müxtəlif bədii və rəqs nümunələri ilə çıxış ediblər.


Açar sözlər: