Qazax-Tovuz Regional Təhsil İdarəsi və Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Kimya, Biologiya və Fizika müəllimlərinin I regional konfransı təşkil edilib.
Konfransda Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları və idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindən kimya, biologiya və fizika fənn müəllimləri iştirak ediblər.
Konfransı açılış nitqi ilə liseyin direktoru Səməndər Həsənov başlayıb. O, müasir mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə antropogen təsirlər, ekoloji böhran və qarşıda duran ciddi mələlərdən danışıb.
Sonra konfrans öz işini ayrı-ayrı otaqlarda davam etdirib. Spikerlər fənn müəllimləri ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qarşıda duran hədəflər, kimya, biologiya və fizika fənn müəllimlərinin həyata keçirə biləcəyi layihələr, fənn kurikulumları fənlərin digər fənnlərə inteqrasiyası, Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələrində düşən sual modelləri və digər məsələlərlə bağlı birgə müzakirə aparıblar.
Konfransın sonunda iştirakçıların konfransın işi ilə bağlı fikirləri dinlənilib.