Şəmkir rayon ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarında 280-dən çox bal toplayan şagirdlərlə görüş keçirilib.
Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, müdir müavini, idarə əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev yüksək nəticə göstərən şagirdləri təbrik edib və onlara növbəti imtahanlarda uğurlar arzulayıb.
Sonra şagirdlər imtahanlara hazırlıq prosesi və gələcək planları barədə danışıblar.
Qeyd edək ki, buraxılış imtahanlarında Şəmkir rayon ümumi təhsil müəssisələrindən 17 şagird 280 baldan yuxarı nəticə göstərib.