29.04.2024

M.Füzulinin 530 illik yubileyinə həsr edilən tədbir keçirilib

Tovuz rayon İ.Mürşüdov adına tam orta məktəbdə M.Füzulinin 530 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Şagirdlərə Füzuli yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.

Sonra məktəblilərin ifasında şairin qəzəlləri səsləndirilib, "Leyli və Məcnun" və "Meyvələrin söhbəti" əsərindən ədəbi-bədii kompozisiyalar nümayiş etdrilib.

Məlumat üçün bildiririk ki, Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamına uyğun olaraq ümumi təhsil müəssisələrində Füzuli yaradıcılığına həsr edilmiş silsilə tədbirlər keçirilir.


Açar sözlər: ,