Aprelin 26-da Şəmkir rayon Kür qəsəbə İ.Aznaurov adına 1 nömrəli tam orta məktəbin şagirdləri görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Sərgüzəşti mərdi-xəsis" komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdiriblər.
Tamaşanı Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, əməkdaşları, müəllimlər və şagirdlər izləyiblər.
Tamaşanın səhnələşdirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların teatra marağını artırmaq, aktyorluq qabiliyyətinə malik olan şagirdləri aşkarlamaq və ictimaiyyətə tanıtmaqdan ibarətdir.