16.04.2024

"Biz bacarırıq" adlı intellektual yarış keçirilib

Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayonun ümumi və fərdi siniflərində təhsil alan şagirdlər arasında "Biz bacarırıq" adlı intellektual yarış keçirilib.

Yarışda rayonun təhsil müəssisələrindən 13 komanda iştirak edib.

Yarışın keçirilməsində məqsəd tariximiz, mədəniyyətimiz haqqında daha geniş məlumatlandırmaq, şagirdlərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir.

Yarışın nəticələrinə əsasən Arıqıran kənd Y.İsgəndərov adına tam orta məktəbin komandası l, Gərgər kənd tam orta məktəbin komandası ll və İ.Əliyev adına 3 nömrəli ümumi orta məktəbin komandası lll yerə layiq görülüblər.


Açar sözlər: ,