"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Şəmkir rayon N.Nərimanov adına tam orta məktəbdə və Şəmkir şəhər 7 saylı körpələr evi-uşaq bağçasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı, idarə əməkdaşları, Şəmkir rayonu üzrə təhsil sektorunun, təhsil müəssisələrinin əməkdaşları, məktəblilər və uşaqlar iştirak edib.
Uşaq bağçasının və məktəbin həyətyanı sahəsinə ağac və güllər əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ərazidə yaşıllıq zolaqlarını daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.