09.04.2024

32 ümumtəhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir

Qazax-Tovuz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən 32 ümumtəhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir. Layihəyə 16 396 məktəbli cəlb olunub.
          Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017–2018-ci tədris ilindən tətbiq edilir. Layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.


Açar sözlər: ,