09.04.2024

“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən  müəssisələrin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Rayon mərhələsində qalib gələn komandalar zona mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.  


Açar sözlər: ,