Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə əlaqədar qeydiyyat mərhələsinə start verilir
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan vəzifələrə tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə əlaqədar qeydiyyat mərhələsinə verilir.
Yerdəyişmə ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.
Yerdəyişmədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 16 aprel 2024-cü il, saat 18:00-dək (həftənin iş günlərində) Qazax-Tovuz Regional Təhsil İdarəsinə (Şəmkir şəhəri, Nizami küçəsi 71) yaxınlaşaraq lazımi sənədləri təqdim edə bilərlər.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti;
- yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.);
- namizəd şəhid ailə üzvüdürsə onu təsdiqləyən sənədin surəti.
Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.
Qeyd: Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməzlər.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə vakant yerlərin siyahısı:
https://drive.google.com/.../11kpoYeMuK2BPGN5NL2r.../view...