Aprelin 3-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.
Qəbulda idarə müdiri ilə bərabər Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonları üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənildi və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.