03.04.2024

16-cı Rus dili olimpiadasının ikinci mərhələsi keçirilib

Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə 16-cı Rus dili olimpiadasının ikinci mərhələsi keçirilib.

Olimpiada Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr edilib.

Elm və Təhsil Nazirliyi və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadada Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindən 26 şagird iştirak edib.


Açar sözlər: ,