03.04.2024

"Ayın oxucusu" müsabiqəsinin qalibləri müəyyən edilib

Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə keçirilən "Ayın oxucusu" müsabiqəsinin qalibləri müəyyən edilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə mütaliəyə marağı daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirməkdən ibarətdir.

01 mart 2024-cü il tarixində elan edilən müsabiqədə şagirdlərə dünya ədəbiyyatı nümunəsi olan Antuan de Sent Ekzüperinin "Balaca şahzadə" əsəri tövsiyə edilmişdir. Oxucuların "Balaca şahzadə" əsəri haqqında təəssüratları öyrənilib və təhlil edilib.

Təhlilin yekununda qaliblər seçilib və təltif ediliblər.


Açar sözlər: ,  ,