01.04.2024

6-cı siniflərində monitorinq keçirilib

Martın 31-də Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin 6-cı siniflərində monitorinq keçirilib.

İki məkrəzdə təşkil edilən monitorinqdə 1 041 şagird iştirak edib.

Monitorinqin keçirilməsində əsas məqsəd tədrisin vəziyyətinin ölçülməsi, şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, müvafiq tövsiyələr veriləcək.


Açar sözlər: ,