01.04.2024

“Vətənimsən Azərbaycan” adlı müsabiqənin final mərhələsi keçirilib

Martın 30-da ADA Universitetinin Qazax Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Vətənimsən Azərbaycan” adlı müsabiqənin final mərhələsi keçirilib.

Final mərhələsində Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin komandası l, Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası ll yerə layiq görülüblər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycançılıq ruhunda tərbiyə olunması, ölkəmizin tarixi, ana dili və ədəbiyyatı, coğrafiyası, mədəniyyəti sahəsində biliklərini üzə çıxarmaq, həmçinin şagirdlərin komanda şəklində çalışmaq bacarıqlarını artırmaqdır.