29.03.2024

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair görüşlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ağstafa, Qazax Tovuz, Şəmkir və Gədəbəy rayonlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair görüşlər keçirilib.

Görüşlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı, Tədrisin keyfiyyəti sektorunun müdiri İbrahim Həsənov, rayon təhsil sektorlarının müdirləri, təhsil müəssisələrinin rəhbərləri və valideyn komitələrinin nümayəndələri iştirak ediblər.

Görüşlərin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasının təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və şəffaf mühitin yaradılmasıdır.

Görüşlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən korrupsiyaya qarşı mübarizə bağlı görülmüş işlər, aparılmış monitorinqlər, intizam tənbehi tədbirləri barədə təqdimat tədqim edilib və görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: