15.03.2024

Agentliyin direktoru Tovuz rayonunda yerləşən təhsil müəssisələrinə baş çəkib

Agentliyin direktoru Tovuz rayonunda yerləşən təhsil müəssisələrinə baş çəkib.

Regiona səfəri çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə və onların müəllimləri ilə görüşüb, onları təbrik edib və öz tövsiyələrini çatdırıb.

Agentliyin direktoru həmçinin Qovlar şəhər O.Cabbarov adına inteqrasiya təlimli internat tipli gimnaziyada təşkil edilmiş Novruz tədbirində iştirak edib. Gimnaziyanın inzibati binası ilə tanış olub, orada təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb.


Açar sözlər: