Martın 16-da Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib.
Seçim turunda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 122 nəfər 10-cu sinif şagirdi iştirak edib.
Qeyd edək ki, müsabiqənin yekununda ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı ” televiziya layihəsinin 18-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaq.