15.03.2024

Agentliyin direktoru Eşqi Bağırov regiona səfər edib

Martın 15-də Agentliyin direktoru Eşqi Bağırov Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə baxış keçirib, pedaqoji və idarəetmə heyəti ilə görüşlər keçirib.

Səfər çərçivəsində Eşqi Bağırov Qazax rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektorun fəaliyyəti və mövcud şəraitlə yaxından tanış olub.

Daha sonra Şəmkir rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin pedaqoji heyəti ilə dəyirmi masa ətrafında həmsöhbət olub, müəllimləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.


Açar sözlər: ,