13.03.2024

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə təlim keçirilib

Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd məktəbəqədər təhsil müəssisələrinin inzibati və pedaqoji sənədlərində olan çatışmazlıqların aradan qaldırılması, ədalətli təhsil meyarlarını nəzərə çatdırmaq və eyni zamanda əməkdaşlıq əlaqələrinin düzgün qurulması ilə məktəbəqədər təhsilin keyfiyyətini artırmaqdır.

Təlimin sonunda məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.