07.03.2024

İdman həftəsinə yekun vurulub

Martın 7-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində idman həftəsinə yekun vurulub.

İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində təhsilalanlar idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmana göstərilən dövlət qayğısı barədə məlumatlandırılıblar.

İdman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edib, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilib, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılıb. 

Ümumi təhsil müəssisələrində eyni zamanda idman nailiyyətləri olan idmançılarla görüşlər keçirilib.  Həmçinin idman viktorinası və rəsm sərgiləri təşkil olunub.

Eyni zamanda ümumi təhsi müəssisələrində sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri, rəsm müsabiqəsi, “Ən sürətli şagird qaçış yarışı” keçirilib.


Açar sözlər: ,