07.03.2024

Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Respublika birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Respublika birinciliyi keçirilib.

Beynəlxalq Güləş Federasiyasının qaydaları əsasında 2007-2009-cu il təvəllüdlü yeniyetmə idmançılar arasında təşkil olunan yarışda Şəmkir rayon UGİŞM-nin yetirmələri Əliyev Ayxan 80-kq çəkidə I, Əliyev Tuncay 92-kq çəkidə III, Məmmədov Eltun 51 kq çəkidə III yerə laiq görülüblər.

Qeyd edək ki, yarışın keçirilməsinin əsas məqsədi sərbəstgüləşinin yeniyetmələr arasında təbliği, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və qeyd olunan yaş qrupu üzrə Mərkəzin yığma komandasının tərkibinin müəyyən olunmasından ibarətdir.


Açar sözlər: