06.03.2024

Respublika şahmat turnirinin mükafatlandırma mərasimi keçirilib

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Bağlanış tədbirində elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, paralimpiya çempionu Ramil Qasımov və Təhsil Respublika İdman Mərkəzinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Qazax rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Firəngiz Hüseynova 14 yaşlı qızlar arasında III yerə layiq görülüb.


Açar sözlər: