06.03.2024

47 şagird Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 47 şagirdi Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb.

Onlardan 17 nəfər Azərbaycan dili və ədəbiyyat, 3 nəfər biologiya,  6 nəfər coğrafiya, 3 nəfər fizika, 1 nəfər kimya, 3 nəfər riyaziyyat, 14 nəfər tarix fənni üzrə respublika fənn olimpiadalarının yarımfinal turunda müvəffəqiyyət əldə edib.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.


Açar sözlər: ,