04.03.2024

Məktəbli “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibi olub

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirilib. Müsabiqədə 28000-dən artıq şagird iştirak edib, 132 nəfər şagird isə finala vəsiqə qazanıb.

Müsabiqənin nəticələrinə görə Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin şagirdi Heydərov Zeyd Arif oğlu III yerə layiq görülüb.

Qeyd edək ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.


Açar sözlər: