02.03.2024

İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Martın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan kitabxanaçı, psixoloq və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇHR) vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

İmtahanda 144 namizəd iştirak edib.

Test imtahanında namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq qanunvericilik üzrə 20 sual, İKT bacarıqlarının yoxlanılması və məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.


Açar sözlər: