01.03.2024

İdman həftəsinə start verilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman həftəsinə start verilib.

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində təhsilalanlar idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmana göstərilən dövlət qayğısı barədə məlumatlandırılırlar.

İdman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.


Açar sözlər: ,